"Roma"nın baş məşqçisi Joze Mourinyo Nikolo Zanolanın "Milan" və "Bornmut"un maraq dairəsində olmasını şərh edib.

Rekord.az xəbər verir ki, portuqaliyalı məşqçi futbolçunun klubda qalmasında maraqlı olduğunu bildirib.

Mourinyo buna şübhə etmədiyini deyib: "Mənə "Roma"da özünü xoşbəxt sayan futbolçular lazımdır. Baxmayaraq ki, Zanola bir neçə ay öncə klubu tərk etmək istəyirdi, amma hazırda hər şeyin qaydasında olduğunu düşünürəm".

İtaliya mediasının yazdığına görə, futbolçunun "Bornmut"a keçidi bir neçə ay öncə iki klub arasında razılaşdırılmışdı. Lakin futbolçu son anda İngiltərə klubuan keçməkdən imtina etmişdi.Bundan qəzəblənən "Roma" rəhbərliyi isə "Bornmut"a keçməyəcəyi halda Zanolanı "Roma"nın əvəzedici komandasına göndərməklə hədələmişdi.