Morata üçün il başa çatdı
- 16:00
- 28
“Komo”nun hücumçusu Alvaro Morata ciddi zədəyə görə bir neçə aylıq meydana çıxmayacaq.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçuda budun daxili əzələsində ağır zədə aşkarlanıb. Onun martda yaşıl meydanlara qayıdacağı gözlənilir.
İspaniyalı forvard bu mövsüm bütün turnirlər üzrə 15 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. O, mövsümü “Komo”da icarə əsasında keçirir, müqavilə hüquqları isə “Milan”a məxsusdur.
“Komo” A Seriyasının 15-ci turunda, dekabrın 15-də səfərdə “Roma” ilə qarşılaşacaq.