Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibeqiç Millətlər Liqasından öncə yoxlama görüşləri keçirəcəklərini açıqlayıb.

Rekord.az xəbər verir ki, 62 yaşlı bosniyalı mütəxəssis Qazaxıstan və Latviya ilə oyunların onlara faydalı olacağını bildirib:

"Avqustun sonunda çətin oyunlar üçün siyahımı açıqlayacağam. Koronavirusa görə hədəfimiz dəyişməyib. Azərbaycan, Kipr və Lüksemburqun da yer aldığı qrupda yüksək yer uğrunda mübarizə aparmaq istəyirik.

Buna görə də Latviya və Qazaxıstanla oyunlar bizə çox şey verəcək. Əsas istəyimiz millidə yenidən xoş atmosfer yaratmaqdır".

Monteneqro oktyabrın 10-u Azərbaycan millisini qəbul edəcək. Komandaların cavab oyunu noyabrın 14-ü Bakıda keçiriləcək.