Xəbər verdiyimiz kimi, Dortmund "Borussiya"nın "Monako"nun futbolçusu Aleksandr Qolovina 40 milyon avro təklif etməsinə dair məlumat yayılmışdı.

Rekord.az xəbər verir ki, məbləğ açıqlamasa da, futbolçunun meneceri də Dortmund klubunun futbolçu ilə maraqlanmasını təsdiq etmişdi.

Məsələyə "Monako" da rəsmi münasibət bildirib. Klubun mətbuat katibi Julian Krevel yayılan məlumatları şaiyə adlandırıb: "Qolovinin "Monako" ilə 2026-cı ilə qədər müqaviləsi var. Onunla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Şaiyəıləri isə şərh etmirik".