MOK nümayəndəsi IWG Qlobal Sammitində iştirak edib
- 18:40
- 19
Milli Olimpiya Komitəsinin (MOK) nümayəndəsi Günay Əsgərova Böyük Britaniyanın Birmingem şəhərində IWG Qlobal Sammitində iştirak edib.
Rekord.az xəbər verir ki, G.Əsgərova panel sessiyalarında və görüşlərdə iştirak edərək qadın liderliyi, gender bərabərliyi və beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrə qoşulub.
Sammit 1200-dən çox nümayəndəni bir araya gətirərək daha inklüziv və bərabər idman mühitinin formalaşdırılması istiqamətində qlobal dialoqa töhfə verib.
IWG Qlobal Sammiti idmanda qadınlar və qızlar üçün gender bərabərliyinin təşviqi istiqamətində mühüm beynəlxalq platformadır.