
MOİK yenidən qurulur: baş məşqçi açıqladı
- 15 İyn 2023 15:00
- 942
Ötən mövsüm I Divizionu 8-ci pillədə başa vuran MOİK demək olar ki, yenidən qurulur.
Bu haqda məlumatı Rekord.az-a açıqlamasında komandanın baş məşqçisi Qəzənfər Abbasov verib.
O, komandasının yay hazırlıq planı haqda da danışıb: "Ötən mövsümkü heyətin demək olar ki, yarısı ilə yollar ayrılıb. Yenidən komandac qururuq. Hazırda əlimizdə 12-14 futbolçu qalıb. Bir o qədər də yeni futbolçu götürməliyik ki, heyət komplektləşsin. Hazırda yeni futbolçularla danışıqlar gedir. Hələlik tam razılıq əldə olunmayıb, çünki ola bilsin həmin futbolçulara başqa təkliflər də var və onlar da özlərində seçim edib qərar vermək istəyirlər. Hazırlığa gəlincə, iyulun 4-də hazırlıqlara başlamağı düşünürük. 4 günlük seleksiya xarakterli məşqlər də nəzərdə tutmuşuq. Hansı ki, bəzən həmin məşqlərdə elə futbolçular olur ki, diqqətini çəkir, bəyənirsən və komandaya götürürsən. Daha sonra ölkə daxilində təlim-məşq toplanışımız olacaq. Ardınca da yoldaşlıq görüşlərinə başlayacağıq".