Azərbaycan birinci divizionunda keçirilən MOİK – “Sabah”-2 oyununda dava düşüb.

Rekord.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində ara qarışıb.

Belə ki, “Sabah-2"nin futbolçusu Mixeili Erqemlidze MOİK-dən Rafael Qavamini vurub.

Nəticədə qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə Mixeili Erqemlidzeyə qırmızı vərəqə göstərib.

Lakin ara bununla sakitləşməyib. “Sabah-2"nin məşqçiləri hakimin qərarına etiraz ediblər və meydançaya daxil olmağa cəhd göstəriblər. Onların fikrincə, MOİK-in futbolçusu da yumruq zərbəsi vurmuşdu və ona da qırmızı vərəqə göstərilməli idi.

Referi məşqçilər heyətini də vərəqə ilə cəzalandırıb.