
ML: Millimizin oyunlarının təqvimi
- 30 Mar 2022 14:20
- 499
Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarının tam təqvimi dəqiqləşib.
Rekord.az xəbər verir ki, C liqasının 3-cü qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının iyunun 3-də və sentyabrın 25-də baş tutacaq oyunlarda qarşılaşacağı komanda bəlli olub.
Millimiz ilk və son qarşılaşmalarını Qazaxıstana qarşı keçirəcək. Bu, C liqasındakı qalmaq uğrunda pley-offdan sonra müəyyənləşib. Moldova səddini keçən qazaxıstanlılar yayda millimizi qəbul edəcək, payızda Bakının qonağı olacaq.
C Liqası, 3-cü qrup
3 iyun
Qazaxıstan – Azərbaycan
6 iyun
Belarus – Azərbaycan
10 iyun
Azərbaycan – Slovakiya
13 iyun
Azərbaycan – Belarus
22 sentyabr
Slovakiya – Azərbaycan
25 sentyabr
Azərbaycan – Qazaxıstan