AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda 1-ci liqa ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilib.


“Mingəçevir” – “Baku Sportinq” oyununun 75-ci dəqiqəsində “Mingəçevir” komandasının 32 nömrəli futbolçusu Rəhim Cəfərli rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Mingəçevir” komandası 300 manat cərimə edilib.