
Mingəçevirdə yeni salınan meydançadan nə xəbər var?
- 22 Mar 2023 15:00
- 590
Xəbər verdiyimiz kimi, AFFA Mingəçevirdə şəhər stadionu ərazisində yeni, süni örtüklü meydança salır.
Rekord.az xəbər verir ki, işlərin bir az yubanması müəyyən suallar yaradır.
Lakin saytımıza açıqlama verən "Mingəçevir"in mətbuat xidmətinin rəhbəri Elnur Qasımovun sözlərinə görə, buna səbəb hava şəraitidir: "Əslində işlər davam edir. Sadəcə, havaların tam olaraq yaxşılaşmasını gözləyirlər ki, işləri daha da sürətləndirib meydançanı qısa zamanda təhvi versinlər".