
"Mingəçevir"də baş məşqçi istefası: Həşimovu Məmmədov əvəzlədi!
- 15 Noy 2022 17:00
- 623
1-ci divizionun 11-ci turu çərçivəsində keçirilən "Mingəçevir" - "Araz Naxçıvan" matçında yerli komandanın baş məşqçisi Azər Həşimovun yoxluğu diqqət çəkib. Məlum olub ki, sən demə o, bir müddədir ki, işindən istefa verib, onu köməkçisi Samir Məmmədov əvəzləyib.
Rekord.az məsələnin detallarını öyrənmək üçün komandanın Müşahidə Şurasının sədri Rövşən Əhmədovla əlaqə saxlayıb.
Rövşən bəy baş məşqçi postundakı dəyişikliyi təsdiqlədi: "Qəbələ-2"-ə 0:4 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Azər Həşimov mənə yaxınlaşıb istefa verdiyini açıqladı. Mən də onun istefasını qəbul etdim. Yerinə isə köməkçisi Samir Məmmədov təyin olundu. Noyabrın 4-də Samirin adı baş məşqçi kimi PFL tərəfindən də təsdiqlənib".