"Mingəçevir"in növbəti mövsümlə bağlı hazırlıq planı hələlik bəlli deyil.

Rekord.az xəbər verir ki, klub rəhbərliyi AFFA İcraiyyə Komitəsinin iyunun 15-də keçirəcəyi iclası gözləyir.

Həmin iclasda I Divizionda neçə komandanın yarışacağı, klublara nə qədər maliyyə yardımının ayırılacağı, eləcə də diviziondakı limit məsələsinə tam aydınlıq gələcək. "Mingəçevir" də bütün bunları tam dəqiq bilib daha sonra növbəti mövsümlə bağlı plan qurmağı düşünür.