
“Milyonluq qapıçılar da səhv edir” - Azər Həşimov
- 19:15
- 47
“Karvan-Yevlax” bu gün Premyer Liqanın 4-cü turunda “Şamaxı”nın qonağı olub.
Rekord.az xəbər verir ki, matçdan sonra Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib. Həşimov 0:3 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Ayxan müəllimi təbrik etmək istəyirəm, milli komanda ilə heç-heçə etdiyi üçün.
Oyuna gəlincə, komandamız əzmkar çıxış etdi. Düşünürəm ki, hesab oyuna görə olmadı. Standart vəziyyətdən ikinci qolu buraxdıq. Bundan sonra hesabda geri dönüş etmək istədik, alınmadı. Bu, futboldur, futbol səhvlər üzərində qurulub. Qapıçımız səhv etdi, milyonluq qapıçılar da səhv edir. Məğlub olsaq da, futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm.
Bundan başqa, zədəli oyunçularımız da çox idi. Bu da nəticəyə öz təsirini göstərdi”.