Millinin oyunu Gəncədə keçiriləcək? AFFA-dan AÇIQLAMA
- 13:00
- 58
Son günlər mətbuatda milli komandanın Millətlər Liqasında ev oyunlarından birini Gəncədə keçirəcəyi ilə bağlıdır.
Rekord.az xəbər verir ki, söhbət konkret olaraq Lixtenşteyn millisi ilə oyundan gedir.
Məsələyə AFFA-nın mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Murad Axundov saytımıza açıqlamasında bu haqda danışmağın tez olduğunu bildirdi: "İndi bu haqda danışmaq çox tezdi. Belə qərarlar bu qədər tez verilmir. Kimsə nə isə deyə bilər, yaza bilər, amma sözügedən oyuna hələ 6 ay var. 6 ay qabaqdan belə qərar verilmir. Rəsmi qərardan, ümumiyyətlə, söhbət gedə bilməz. Bu cür qərarlar oyuna 45-50 gün qalmış verilir".