
Millinin baş məşqçisi ilə yeni müqavilə
- 09 May 2025 17:00
- 50
Marko Rossi Macarıstan millisi ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin Futbol Assosiasiyasının rəsmi saytında məlumat yayılıb.
İtaliyalı mütəxəssisin 2030-cu ilin yayına qədər Macarıstan milli komandasını çalışdırması gözlənilir.
Futbolçu karyerasını bitirdikdən sonra vətənində tanınmamış komandalarla işləyən Rossi, daha sonra Macarıstana köçərək burada 5 il (kiçik bir fasilə ilə) “Honved” komandasına rəhbərlik edib. “Honved” onun dövründə 23 ildən sonra ilk çempionluğunu qazanıb.
Rossi 2018-ci ildən Macarıstan milli komandası ilə çalışır.