Millinin Avro-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Avstriya və İsveçlə biabırçı oyunlarından sonra hələ də AFFA rəhbərliyindən heç kim ictimaiyyət önünə çıxıb açıqlama verməyib. Halbuki bu məğlubiyyətlərin hesabatı verilməlidir. Müəyyən söhbətlər yayıldı ki, komanda Bakıya qayıdandan sonra AFFA-da fövqəladə toplantı olacaq, italiyalı məşqçi də ora dəvət olunacaq, hətta onun istefaya göndəriləcəyini deyənlər də oldu.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, sözügedən iki məğlubiyyətə görə heç bir toplantı, hesaba nəzərdə tutulmur.

De Byazi, ümumiyyətlə, İsveçdəki oyundan sonra çıxıb gedib ölkəsinə. Onun istefaya gedəcəyi, yaxud göndəriləcəyi də müzakirə mövzus deyil. Maksimum o, Bakıya qayıtdıqdan sonra gözdən pərdə asmaq üçün ümumi bir iclas baş tuta bilər. Amma istənilən halda, komandanı iyunda Estoniya ilə oyuna da məhz de Byazi çıxardacaq.