Azərbaycan millisinin və “Neftçi”nin 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Macarıstanın Debretsen şəhərində təşkil olunacaq mərhələsində qrupları və oyun təqvimləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, avqustun 27-28-də 12 komandanın iştirakı ilə seriyanın 20-ci mərhələsi baş tutacaq.

Qadın millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq. “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq.

Qadın millimiz qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40-da "Düsseldorf Zoos" klubuna qarşı keçirəcək. “Neftçi” isə həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna yığmasını sınağa çəkəcək.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.