Millimizin üzvü Naxçıvan klubunda
- 12:01
- 34
Növbəti mövsümdən ölkənin əsas çempionatında çıxış edəcək qadın voleybolçulardan ibarət Naxçıvanın "Möminə Xatun" klubu millimizin üzvünün keçidini rəsmiləşdirib. "Rekord.az" xəbər verir ki, komanda Marqarita Stepanenko ilə razılığa gəlib.
Təcrübəli hücumçumuz ən azı bir il Naxçıvan təmsilçisinin uğurları üçün çalışacaq.
Ukrayna əsilli voleybolçumuz Azərbaycanla yanaşı, Türkiyə, Polşa, Belarus, Yunanıstan, Ukrayna, Macarıstan, İsrail klublarında çıxış edib. Stepanenko bu ölkələrdə müxtəlif medallar, çempionluqlar qazanıb. O, son mövsümü ölkəmizdə, UNEC klubunda keçirib.