
Millimizin üzvü ilk oyun haqqında danışıb
- 15:32
- 36
Oğlanlardan ibarət yığmamız da MDB Oyunlarında ilk qarşılaşmasında qələbə qazanıb. "Rekord.az" xəbər verir ki, komandamız Qırğızıstan yığmasını 3:0 hesabı ilə məğlub edib.
Komandamızın orta oyunçusu İsmayıl Rza görüşdən sonra qələbə ilə bağlı fikirlərini bölüşüb:
"III MDB Oyunlarında ilk qarşılaşmada qələbə qazandığımız üçün çox şadam. Oyun həyəcanlı və gərgin keçdi, xüsusilə 3-cü set çox gərgin oldu. Son hissədə səvhlərimiz çox oldu, lakin sonda biz qalib gəldik. Mən 3-cü setdə meydana daxil oldum. Bu, mənim böyük yarışlarda ilk çıxışımdı, buna görə də həyəcan var idi. Qırğızıstan komandası haqqında əvvəldən çox məlumatımız yox idi, lakin məşqçilər heyəti rəqibi yaxşı analiz etmişdi. Oyun gərgin keçsə də biz təşəbbüsü əldən vermədik və qalib gəldik.