Azərbaycan millisinin uğurlarında pay sahibi olan voleybolçular “İdman usta”sı adını alıblar. "Rekord.az" xəbər ki, Azərbaycan Voleybol Federasiyasının baş katibi, Fərid Xəlilov "İdman usta"sı adını alan qadınlardan ibarət milli komandamızın üzvlərinə mükafatları təqdim edib və bu münasibətlə qızları  təbrik edib.

“Bu gün Sizləri burda görməkdən çox məmnunuq. Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamızın üzvləri, bu növündə ölkəmizin idman şərəfini layiqincə təmsil etdiyiniz üçün Natalya Məmmədova, Polina Rəhimova, Odina Əliyeva, Ayşən Abdulazimova, Aynur Kərimova, Ceyran İmanova, Şəfaqət Alışanova, Bəyaz Alıyeva Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbov tərəfindən Azərbaycan Respublikasının "İdman ustası" adı almısınız. Bu münasibətlə hər birinizi ürəkdən təbrik edirəm. Hər birinizə bol-bol qələbələr arzu edirəm”.