Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo millisinin üzvləri üçün sağlam qidalanma və performans mövzusunda maarifləndirici seminar keçirilib.


Rekord.az xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının tədris proqramı çərçivəsində təşkil olunub və cüdoçuların idman inkişafında düzgün qidalanmanın roluna həsr edilib.


Təlim zamanı yeniyetmə yaş dövründə qidalanmanın niyə kritik olduğu, enerji səviyyəsi, diqqət və bərpa proseslərinə təsiri, karbohidratların düzgün istifadəsi, hidratasiya və bərpa pəncərəsinin əhəmiyyəti sadə və praktik nümunələrlə izah edilib.


Beynəlxalq turnir təcrübələrindən real nümunələr təqdim olunaraq, səhv qidalanma və plansız çəki salmanın performansa mənfi təsirləri vurğulanıb.