
Millimizin Türkiyə ilə yoldaşlıq görüşünün yeri müəyyənləşdi
- 02 İyn 2023 13:42
- 313
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
İyunun 17-də İstanbuldakı “Esenyurt Necmi Kadıoğlu” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bundan üç gün sonra Azərbaycan U-21-i Bakıda Qırğızıstanla yoxlama matçında üz-üzə gələcək.