Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə 1-ci seçmə mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.


B Liqasının 6-cı qrupunda yer alan U-19 Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.


Qeyd edək ki, I seçmə mərhələnin oyunları 2026-cı il martın 23-dən 31-də keçiriləcək.