
Millimizin sabiq üzvü II liqada köməkçi məşqçi oldu
- 15:00
- 82
II Liqada mübarizə aparan "Şəmkir"də yeni təyinat rəsmləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü, o cümlədən vaxtı ilə "Ağsu"ya I Liqa çempionluğunu qazandıran Rüfət Quliyev bundan sonra II Liqada çalışacaq.
O, Vüqar Nadirovun köməkçisi təyin olunub.
Qeyd edək ki, Quliyev bir ara "Araz Saatlı"da da baş məşqçi işləyib.