Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin sabiq baş məşqçisi vəfat edib. "Rekord.az" xəbər verir ki, yığmamızla yanaşı, "Azərneft" klubunu da çalışdırmış Sahib Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Sahib Əliyevin rəhbərliyi ilə yığmamız avropa və dünya çempionatlarının təsnifatında çıxış edib, həmçinin "Azərneft" klubu bir neçə dəfə avrokuboklarda yarışıb.

Allah rəhmət eləsin!