Dünən başa çatan İlk Onlayn Dünya Şahmat Olimpiadasının 2-ci divizon mərhələsindən sonra “Top Divizionda” iştirak edəcək bütün komandaların adları bəlli oldu.  

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb. 40 komandanın iştirak edəcəyi əsas divizionda yığmalar hərəsində 10 komanda olmaqla dörd qrupa bölünüb. 

Azərbaycan yığma komandası B qrupunda mübarizə aparacaq. Millinin rəqibləri isə, Macarıstan, CAR, Ukrayna, Slovakiya, Qazaxıstan, İspaniya, Norveç, Fransa və Niderlandyığmaları olacaq.  “Top Divizion”-da mübarizə avqustun 19-da başlayacaq. 

Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcək. 

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib.