
Millimizin rəqibi Hindistan və Bəhreynlə qarşılaşacaq
- 04 Fev 2022 18:01
- 445
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Belarus yığması yoxlama oyunları keçirəcək.
Rekord.az xəbər verir ki, komanda martın 26-da Hindistan, martın 29-da isə Bəhreynlə üz-üzə gələcək. Matçlar Bəhreynin Manama şəhərində keçiriləcək.
Azərbaycan millisi Millətlər Liqasında C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya və Qazaxıstan/Moldova cütünün qalibi ilə qarşışalacaq.