
Millimizin qapıçısı bu gün Fransa ilə matçda iştirak etməyəcək
- 13:40
- 34
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.
Onun əvəzinə "Marcet"in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.