Millimizin Parisdəki DÇ-də medal sayı 3-ə çatdı
- 12:20
- 33
Fransanın paytaxtı Parisdə keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan millisinin medal sayı 3-ə çatıb.
Rekord.az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq), M4 kateqoriyasında isə Zaur Bağırov (+100 kq) bürünc medal qazanıblar.
Onlar üçüncü yer uğrunda görüşlərdə müvafiq olaraq fransalı Erik Şillevaerti və Sedrik Dequzeni məğlub ediblər.
Qeyd edək ki, ilk yarış günündə Qurban Məmmədli (M2, +100 kq) bürünc medal əldə etmişdi.