Xəbər verdiyimiz kimi, sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir.

Rekord.az xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. 

Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir. Azərbaycan Güləş Federasiyasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdi.

<iframe width="675" height="350" src="https://www.youtube.com/embed/iqspLZnmJ2A" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>