
Millimizin keçmiş futbolçusunun yeni klubu bəlli oldu
- 15:40
- 35
Azərbaycan millisinin keçmiş futbolçusu Cavid İmamverdiyevin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, hücumçu Azərbaycan 2-ci Liqasında mübarizə aparan “Şəki"yə keçib.
Komandanı kapitan kimi meydana çıxaracaq təcrübəli futbolçu daha əvvəl də Şəki komandasının formasını geyinib.
İmamverdiyev karyerası ərzində "Neftçi", "Sumqayıt", "Kəpəz" kimi klublarda çıxış edib.