Millimizin kapitanı "Turan"da qaldı
- 16:18
- 40
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın növbəti mövsümdəki komandasının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, millimizin kapitanı karyerasını yenə Tovuzun "Turan" klubunda davam etdirəcək.
Son mövsümdə bu komanda ilə Azərbaycan çempionu olan Ayşən ən azı bir il də Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ayşən Abduləzimova ölkəmizlə yanaşı, Türkiyə və Macarıstan çempionatlarında çıxış edib. O, Macarıstanın "Vasas" klubu ilə dəfələrlə ölkə birinciliyinin və kubokunun qalibi, eləcə də mükafatçısı olub. Bu komanda ilə müxtəlif beynəlxalq yarışlarda çempionluq qazanan Ayşən Çempionlar Liqasında uğurlu çıxış edib, CEV kubokunda üçüncü yeri tutub. Dəfələrlə fərdi mükafatlar qazanan Abduləzimova 2022-ci ildə Macarıstan liqasında ən yaxşı xarici voleybolçu seçilib.