
Millimizin ikinci sınağı
- 12:30
- 36
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması bu gün "Slovenia Nations Cup" yoldaşlıq turnirində ikinci oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gələcək.
"Çatez" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Qeyd edək ki, milli ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.