
Millimizin hücumçusu üçün yeni baş məşqçi
- 09 İyn 2023 20:30
- 335
İsveçrənin “Qrasshopper” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi klubda Corcio Kontini ilə yollar ayrılıb.
Onunla müddəti bitən müqavilə yenilənməyib. Əvəzində bu posta Bruno Berner gətirilib. İsveçrədən olan 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.