19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gündən martın 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

U-19 martın 22-dən 30-dək Litvanın Kaunas şəhərində Avropa çempionatının seçmə mərhələsinin ilk raundunda iştirak edəcək.

B Liqasının 6-cı qrupunda yer alan U-19 Litva və Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-19-un heyəti və oyunlarının təqvimi:

N.Ad / SoyadKlub
1Məhdi HəsənovNeftçi
2Rauf ƏyyubovSabah
3Həzrət SəmədovSabah
4Murad QurbanovZirə
5Məhəmmədəli MəmmədovTuran Tovuz
6Tuncay ƏhmədovSabah
7Tunar MuradovTuran Tovuz
8Əhməd VəliyevQarabağ
9Nadir NəsibliMOİK
10İlkin HəzizadəSumqayıt
11Əli QazibəyovQarabağ
12Abdulaziz CabbarlıQarabağ
13İbrahim BabayevBarselona
14Nurlan ZeynallıSumqayıt
15Vusal KərimovNeftçi
16Nicat MəhərrəmovNeftçi
17Əli ƏliyevQarabağ
18İslam HəsənovQrafiçar (Serbiya)
19Əli İbrahimQarabağ
20Nicat NərimanovBrommapoykarna İF (İsveç)

25 mart

20:00. Azərbaycan (U-19) – Litva (U-19)

Kaunas, "Raudondvario" stadionu

28 mart

17:00. Şimali İrlandiya (U-19) – Azərbaycan (U-19)

Kaunas, "Raudondvario" stadionu