
Millimizin futbolçusu rəsmən Gürcüstan klubunda
- 28 Yan 2023 20:41
- 394
Azərbaycanın U-21 millisinin və "Sabah"ın futbolçusu Abdulla Xaybulayev Gürcüstanın "Samtrediya" komandasına keçib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi yüksək liqa təmsilçisi ilə müqavilə imzalayıb. Amma sözləşmənin detalları açıqlanmayıb.
Xatırladaq ki, Abdulla Xaybulayev "Sabah"da 19, Azərbaycanın U-21 yığmasında isə 3 oyun keçirib.