İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək. 

Rekord.az xəbər verir ki, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın 37-ci turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır. 

İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə görüşdə meydanda olmayacaq. 

Qeyd edək ki, "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq.