Millimizin Avropa çempionatının təsnifatındakı oyunlarının təqvimi açıqlanıb
- 16:23
- 36
Voleybol üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması
Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.
"Rekord.az" xəbər verir ki, voleybolçularımız 27-29 mart tarixlərində
İspaniyanın ev sahibi olacağı C qrupunda mübarizə aparacaqlar.
Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq. Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd
edək ki, AVRO-2026-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda
mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə
vəsiqə qazanacaqlar.
Avropa çempionatı-2026 (2-ci təsnifat mərhələsi)
Millimizin oyun proqramı
C qrupu
27 mart
20:00 Estoniya – Niderland
22:30 İspaniya – Azərbaycan
28 mart
20:00 Niderland – Azərbaycan
22:30 Estoniya – İspaniya
29 mart
20:00 Azərbaycan – Estoniya
22:30 Niderland – İspaniya