Qadın voleybolçular arasında Avropa çempionatına bu gün start verilir. "Rekord.az" xəbər verir ki, Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniyanın birgə ev sahibliyi ilə keçirilən yarışda Azərbaycan millisi A qrupunda yer alıb.

Bu qrupun oyunları Serbiyada keçiriləcək. Komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Rusiya, Belçika, Fransa və Bosniya və Hersoqovinadır.

Bizim qrupda mübarizəyə avqustun 19-da start veriləcək. Azərbaycan yığması isə ilk qarşılaşmasını ayın 20-də Belçikaya qarşı keçiriəcək.

Qeyd edək ki, azarkeşlər millimizin bütün qrup oyunları televiziya vasitəsilə izləyə biləcəklər. Belə ki, İctimai Televiziya qitə birinciliyində voleybolçularımızın oyunları canlı yayımlayacaq.

Avropa çempionatında millimizin oyunlarının təqvimi
20 avqust

   19:00 Azərbaycan - Belçika
21 avqust
   20:00 Azərbaycan - Bosniya və Herseqovina
22 avqust
   19:00 Rusiya - Azərbaycan
24 avqust
   22:00 Azərbaycan - Serbiya
25 avqust
   19:00 Fransa - Azərbaycan