Voleybol üzrə Avropa Liqasının təqvimi açıqlanıb. “Rekord.az” xəbər verir ki, Azərbaycanın qadınlardan və kişilərdən ibarət yığma komandalarının da oyun proqramı bəlli olub.
Hər iki yarış 5-21 iyun tarixlərində üç turda baş tutacaq. Komandalar hər turda fərqli rəqiblərlə oynayacaq. Bu turların biri ölkəmizdə baş tutacaq. Bakı qadınların yarışında birinci (5-7 iyun), kişilərin yarışında isə üçüncü tura (19-21 iyun) ev sahibliyi edəcək.
Qeyd edək ki, Avroliqanın formatında dəyişiklik edilib. 2018-ci ildən “Qızıl Avropa Liqası” və “Gümüş Avropa Liqası” formatında keçirilən yarış yenidən “Avropa Liqası” adlandırılıb. Avropa çempionatına təsnifat xarakteri daşıyan turnir iştirakçılara reytinq xalları qazandıracaq. İştirakçı komandalar və oyunların proqramı CEV-in reytinqinə əsasən müəyyən olunur. Reqlamentə əsasən yarışda 24 qadın və 27 kişi komandası mübarizə aparacaq. Turnir cədvəli üzrə ilk 6 komanda (yarımfinal və final oyunlarının ev sahibi əvvəlcədən müəyyən olunacağı halda) və ya ilk 4 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Yekunda 1-4 yerləri tutacaq komandalar 2028-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqə əldə edəcəklər.

Qadınlardan ibarət millimizin Avroliqadakı oyunları

5-7 iyun (Azərbaycan)
5 iyun
   18:00 İsveç - Azərbaycan
6 iyun
   18:00 Estoniya - İsveç
7 iyun
   18:00 Azərbaycan – Estoniya

12-14 iyun (İspaniya)
12 iyun

   19:30 Şimali Makedoniya - İspaniya
13 iyun
   18:30 Azərbaycan - Şimali Makedoniya
14 iyun
   18:00 İspaniya - Azərbaycan

19-21 iyun (Şimali Makedoniya)
19 iyun

   18:00 Azərbaycan - İsrail
20 iyun
   18:00 İsveçrə - Azərbaycan
21 iyun
   18:00. İsrail - İsveçrə

Kişilərdən ibarət millimizin Avroliqadakı oyunları

5-07 iyun (İsveç)
5 iyun

   18:00 Yunanıstan - İsveç
6 iyun
   16:00 Azərbaycan - Yunanıstan
7 iyun
   16:00 İsveç - Azərbaycan

12-14 iyun (Rumıniya)
12 iyun

   19:00 Azərbaycan - Rumıniya
13 iyun
   19:00 İspaniya - Azərbaycan
14 iyun
   19:00 Rumıniya – İspaniya

19-21 iyun (Azərbaycan)
19 iyun

   18:00 Macarıstan - Azərbaycan
20 iyun
   18:00 Portuqaliya - Macarıstan
21 iyun
   18:00 Azərbaycan - Portuqaliya

Oyunların başlanma saatları yerli vaxtlarlar göstərilib.