Kişi və qadın voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin qrupları müəyyənləşib. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının son reytinq cədvəlinə əsasən Azərbaycan millisinin də rəqibləri bəlli olub. 

Kişilərdən ibarət yığmamız F qrupunda yer alıb. Püşk təmsilçimizə Yunanıstan, Monteneqro və Gürcüstanı rəqib edib. Yarışda 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

Seçmə mərhələnin görüşləri avqust-sentyabr aylarında olacaq. 

Həlledici mərhələ Polşa, Çexiya, Estoniya və Finlandiyada keçiriləcək. 

Qadınlardan ibarət yığmamız isə AVRO-2021-ə final mərhələsindən başlayacaq. Komandalar qalibi Serbiya, Xorvatiya, Bolqarıstan və Rumıniyada müəyyənləşdirəcək.