
Millimizdən Sloveniyada ardıcıl ikinci qələbə
- 18:40
- 40
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
Rekord.az xəbər verir ki, U-19 Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 25-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.
Millimiz oyunu aşağıdakı heyətlə keçirib: 22. Ayxan Abbaszadə, 4. Məsud Əlişanlı, 5. Əlibəy Mahmudov (21. Ömər Həsənli, 63), 6. Ramin Avazov (7. Ziya Şəkərxanov, 46), 8. Əliəkbər Rzazadə, 9. Nihad Orucəli, 10. Şahin İbrahimov (14. Əhməd Vəliyev, 67 / 15. Röyal Fərzullazadə, 90), 11. Mehdi Mütəllimli (20. Arzu Mədətov, 63), 17. Rauf Qafarov, 18. Həzrət Səmədov (3. Vüsal Paşayev, 46), 19. Eltun Babazadə.
Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.