17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib. 

Rekord.az xəbər verir ki, Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan futbolçularımız qələbə qazanıb -2:0. Komandamızın qollarını Edanur Mutlu və Buşra Yabançı vurub.

U-17 turnir çərçivəsində növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.