21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Rekord.az xəbər verir ki, B qrupunda yer alan yığmamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlk mərhələdə Portuqaliyaya 0:5 hesabı ilə uduzan komanda bu dəfə azı 1 xal almağa çalışıb. Baş məşqçi Ayxan Abbasov əsas yığmanı Ukrayna ilə oyuna çıxaracağı üçün U-21-i bolqarlarla görüşə Elnur Çodarov çıxarıb. Görüşdə hesabı millimiz açsa da, bu üstünlüyü erkən əldən verib. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

AÇ-nin seçmə mərhələsi
9 sentyabr

Azərbaycan - Bolqarıstan 1:1
Qollar: Emin Rüstəmov, 41 - Nikola İliyev, 44.
Baş hakim: Florian Lata (Albaniya)
Bakı, Dalğa Arena.

Azərbaycan: 1. Səlim Həşimov, 20. Ayxan Süleymanlı (k), 5. Emin Rüstəmov, 15. Raul Məmmədov, 3. Rüfət Abbasov, 8. Emil Süleymanov, 23. Şahin Şahniyarov, 17. Nihat Əhmədzadə, 11. Xəyal Əliyev, 14. Nahid Əliyev, 9. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: 12. Rəvan Mirzəməmmədov, 2. Eşqin Əhmədov, 4. İbrahim Ramazanov, 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 13. Hikmət Cəbrayılzadə, 18. Oruc Məmmədov, 19. Sadiq Şəfiyev, 21. Sənan Muradlı
Baş məşqçi əvəzi: Elnur Çodarov
Bolqarıstan: 23. Aleks Bojev, 15. Dimitar Papazov, 14. Teodor İvanov, 6. Martin Georgiyev, 5. Mixail Polendakov, 10. Nikola İliyev (k), Tsvetoslav Marinov, 22. Asen Mitkov, 13. Georgi Lazarov, 18. Kristian Balov, 11. Borislav Rupanov
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 2. Zaxari Atanasov, 3. Viktorio Valkov, 4. Kubrat Onaşi, 7. Roberto Rayçev, 8. Antoan Stoyanov, 9. Boris Dimitrov, 19. Nikolay Zlatev, 21. Petko Panayotov
Baş məşqçi: Aleksandar Dimitrov.