
Millimizdə İsveçlə oyundan öncə ayrılıq
- 25 Mar 2023 16:42
- 481
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də keçirilmiş Avstriya - Azərbaycan qarşılaşmasının gedişində zədələnən Eddi İsrafilov millimizin düşərgəsindən ayrılacaq.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, martın 27-də İsveç yığmasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Futbolçu bu gün millinin düşərgəsindən ayrılacaq.