
Millimiz yoxlama oyununda Yunanıstana məğlub oldu
- 20 May 2025 23:57
- 42
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Qızıl Liqasına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırda Yunanıstanda təlim-məşq toplanışındadır.
Faiq Qarayevin yetirmələri təlim-məşq toplanışı çərçivəsində Yunanıstan yığması ilə yoxlama oyunu keçiriblər. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oynanılan əlavə set də yunanların qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız burada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.