Millimiz yoxlama oyununda Latviyanı məğlub etdi
- 20:32
- 42
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyunlarını keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda təlim-məşq toplanışında olan Latviya yığması ilə iki dəfə qarşılaşıb.
Hər iki oyun millimizin qələbəsi ilə başa çatıb. İlk görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edən komandamız ikinci matçda 3:0 hesabı ilə qalib gəlib.
Qarşıdakı günlərdə yığmamızın Belarus millisi ilə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur. Bu oyunlar da Bakıda baş tutacaq.
Qeyd edək ki, Avropa çempionatına avqustun 21-də start veriləcək.
Yoxlama oyunu
Azərbaycan - Latviya 3:2
Azərbaycan - Latviya 3:0