Millimiz yoxlama oyununda Belarusu məğlub etdi
- 20:13
- 45
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Bakıda Belarus yığması ilə yoxlama oyunu keçirib.
Qarşılaşma qitə birinciliyinin təşkil olunacağı Milli Gimnastika Arenasında baş tutub. Bu görüşdə voleybolçularımız 3:1 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.
Yoxlama oyunu
Bakı
Azərbaycan - Belarus 3:1 (25:17, 24:26, 25:17, 25:14)