Millimiz Türkiyədə təlim-məşq toplanışında olacaq
- 2024-09-17 11:35
- 86
Çimərlik futbolu üzrə Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olacaq.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma hazırlıq prosesində yoldaşlıq oyunları da keçirəcək.
Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Yığma Türkiyəyə bu heyətlə yollanacaq:
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov.
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.