
Millimiz Türkiyə yığmasına məğlub oldu
- 02 İyn 2023 10:30
- 303
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, Su İdman Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub.
Bu komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.